Ermənilərə yürüş qadağan edildi

Ermənilərə yürüş qadağan edildi
14:42 24 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı gəncin erməni tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən sonra şəhər rəhbərliyi ermənilərə qondarma soyqırımın yüz iliyi ilə bağlı yürüş keçirməyi qadağan edib.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yürüş erməni kilsəsindən başlayaraq Belinski və Tveritina küçələrinin kəsişməsinə kimi davam etməli idi.

Hadisədən sonra şəhər rəhbərliyi və Azərbaycan nümayəndəliyi təhlükəsizliyin təminatı üçün səyləri gücləndirib.

Məlumata görə, Karl Libknext küçəsindəki Azərbaycan konsulluğu ərazisində polis mühafizəsinin gücləndirilməsini və binaya bitişik olan parkinq yerindəki maşınların çıxarılmasını xahiş edib.

Xatırladaq ki, qətl hadisəsi aprelin 19-da baş verib. 27 yaşlı keçmiş futbolçu Emil Hüseynov erməni idmançı Tiqran Çiçakyan tərəfindən qətlə yetirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR