Türkiyədə Çanaqqala zəfəri münasibətilə bayram yürüşləri başlayıb

Türkiyədə Çanaqqala zəfəri münasibətilə bayram yürüşləri başlayıb
13:42 24 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Çanaqqala savaşında Qələbənin 100 illiyi münasibətilə Türkiyədə bayram yürüşləri başlayıb. Bu barədə Trend “TRT Haber” telekanalına istinadən məlumat verir.

I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid veriblər. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.

Türkiyədə Çanaqqala savaşını “alicənabların döyüşü” adlandırırlar. Ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, bu qarşıdurma Türkiyə tarixində ən qanlı döyüşlərdən biri olsa da, mübarizə aparan tərəflər hətta müharibə şəraitində insanlıqlarını unutmayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR