DSMF sədri Gəncədə 40-dan çox vətəndaşın müraciətlərinə baxıb

DSMF sədri Gəncədə 40-dan çox vətəndaşın müraciətlərinə baxıb
14:43 24 Aprel 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 24-də Gəncədə bu şəhərin, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, “açıq qapı” şəraitində keçən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.
Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Fondun məsul əməkdaşlarının, Gəncə şəhəri Nizami və Kəpəz rayon, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dan çox vətəndaşın müraciətlərinə baxılıb.
Qəbul zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb. E.Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.
Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib. Fond sədri bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməyin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara ünvanlanacağını söyləyib.
Qəbulda iştirak edən vətəndaşlar son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində mühüm qərarlar qəbul edildiyini və bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DSMF_sedri_Gencede_40_dan_chox_vetendasin_muracietlerine_baxib-849408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR