“Samsung” maye-kristal modulların istehsalını Çin və Vyetnama köçürəcək

“Samsung” maye-kristal modulların istehsalını Çin və Vyetnama köçürəcək
14:46 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Maye-kristal və "OLED" biznes bölməsi ayrılandan sonra "Samsung Display" şirkəti maye-kristal modulların istehsalını Çin və ya Vyetnama köçürməyə hazırlaşır. Bildirilir ki, hazırda bu istehsal Cənubi Koreyada cəmləşib, son vaxtlar isə ölkədə əməkhaqqı xərcləri xeyli artıb.
 
Maye-kristal modulların yığılmasının əl əməyi tələb etməsini nəzərə alan "Samsung Display" hazır məhsulun maya dəyərinin azaldılması üçün istehsal xətlərinin ölkədən kənara köçürülməsi barədə düşünür. Buna baxmayaraq avtomatlaşdırılmış panel istehsalı Cənubi Koreyada saxlanılacaq.
 
Son vaxtlar "Samsung" Vyetnamda iştirakını genişləndirir. Məsələn, ötən ilin sonunda Koreya şirkətinin Vyetnamda dəyəri 3 milyard dollar təşkil edən zavod tikməklə bağlı planları məlum olub. Digər layihə bu ölkədə televizor istehsalına 560 milyon dollarlıq investisiya qoyuluşunu nəzərdə tutur, - "3DNews" yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36392-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR