Nazir Beyləqanda (FOTO)

Nazir Beyləqanda (FOTO)
14:46 24 Aprel 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Beyləqan şəhərində vətəndaşlarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş aprelin 24-də Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olub. Nazir Beyləqan, İmişli, Ağcabədi, Füzuli və Ağdam rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi görüşdə ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, meşələrin qorunması, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-dən artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması üçün konkret tapşırıqlar verib. Eyni zamanda, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində zəruri tədbirlərin görülməsi də nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırılıb.

Qəbul zamanı vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb. Birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=340146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR