Azərbaycan Koreyada keçirilən səyahət sərgisində təmsil olunub

Azərbaycan Koreyada keçirilən səyahət sərgisində təmsil olunub
14:47 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 14:40 ]


Bakı – APA. Koreyanın Qyonqcu şəhərində “13-cü Dequ Qyonqbuk Səyahət Sərgisi” keçirilir.

 

Azərbaycanın Koreyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə 200-dək yerli və xarici turizm şirkətləri, habelə Koreyada akkreditə olunmuş diplomatik nümayəndəliklər iştirak edir.

 

Koreyadakı səfirliyimizin təşkilatçılığı ilə ölkəmiz turizm sərgisində “Azərbaycan köşkü” ilə layiqincə təmsil olunub. “Azərbaycan köşkü”ndə nümayiş olunmuş milli xalça nümunələri, musiqi alətləri, milli geyimlər və Azərbaycan mədəniyyətinə dair suvenir və əşyalar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin, səfirliyin təşəbbüsü ilə Koreya dilində ölkəmizin turizm və istirahət məkanları, tarixi abidələri barədə müxtəlif broşürlar sərgi iştirakçılarına paylanılıb.

 

Sərgidə Qyonqsanqbuk əyaləti qubernatorunun müavini xanım İn-Seon Li “Azərbaycan köşkü”nü ziyarət edib.

 

Sərgi aprelin 26-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR