DSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edib (FOTO)

DSMF-nin sədri Gəncədə vətəndaşları qəbul edib (FOTO)
13:48 24 Aprel 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Gəncə şəhərində dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün növbəti qəbul keçirib.

DSMF-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri Nizami və Kəpəz rayon, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 30-dək vətəndaşın müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Qəbul zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb, məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.

DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri müvafiq orqanlara ünvanlanacağını bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR