İtaliyada “Əl-Qaidə” qruplaşması ilə əlaqədə şübhəli bilinən 18 nəfər saxlanılıb

İtaliyada “Əl-Qaidə” qruplaşması ilə əlaqədə şübhəli bilinən 18 nəfər saxlanılıb
14:48 24 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
İtaliyada “Əl-Qaidə” qruplaşması ilə əlaqədə şübhəli bilinən 18 nəfər saxlanılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, saxlanılan şəxslərdən bəziləri qruplaşmanin keçmiş başçısı Usamə Bin Ladenlə bilavasitə bağlı olub və “Əl-Qaidə”nin Pakistanda keçirdiyi əməliyyatların təşkilində iştirak ediblər. Onlardan ikisi hətta Usamə Bin Ladenin mühafizəsində də yer alıb.
Qruplaşmanın Sardiniya adasında yerləşən Olbiya şəhərində bazasının olduğu, şübhəlilərin isə İtaliyaya saxta sənədlərlə keçdikləri bildirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyada_Al_Qaide_qruplasmasi_ile_elaqede_subheli_bilinen_18_nefer_saxlanilib-849412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR