Mərkəzi Bank: Neftin qiyməti sabitləşərsə, manatın ciddi devalvasiyası gözlənilmir

Mərkəzi Bank: Neftin qiyməti sabitləşərsə, manatın ciddi devalvasiyası gözlənilmir
13:53 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Azad Həsənli/

Neftin qiyməti sabitləşərsə, Azərbaycan manatının ciddi devalvasiyasını gözləməyə dəyməz.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədr müavini Alim Quliyev Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə əsasən, AMB manatın məzənnəsini bundan sonra da tənzimləyəcək və göründüyü kimi bazarda müəyyən sabitlik müşahidə olunur.

A.Quliyev qeyd edib ki, AMB sərəncamında olan ehtiyatları manatın məzənnəsinin gələcəkdə sabitləşdirilməsi üçün istifadə etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2387649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR