Qırğızıstan Prezidenti Baş nazirin və hökumətin istefası ilə bağlı Fərman imzalayıb

Qırğızıstan Prezidenti Baş nazirin və hökumətin istefası ilə bağlı Fərman imzalayıb
14:53 24 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+


Bişkek, 24 aprel, AZƏRTAC
Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinin yaydığı məlumata görə, dövlət başçısı Almazbek Atambayev “Qırğızıstan Respublikası Baş nazirinin və hökumətin istefası haqqında” Fərman imzalayıb.
Fərmanda Baş nazir, Baş nazirin birinci müavini, müavinləri, hökumətin üzvləri, inzibati idarələrin rəhbərlərindən xahiş olunur ki, yeni hökumətin tərkibi elan olunana qədər öz səlahiyyətlərini icra etsinlər.
Xatırladaq ki, Qırğızıstan Joqorku Keneşinin dünənki iclasında ölkənin Baş naziri Comart Otorbaev istefa verdiyini bildirmişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qirgizistan_Prezidenti_Bas_nazirin_ve_hokumetin_istefasi_ile_bagli_Ferman_imzalayib-849414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR