​Rüfət Aslanlı: "Devalvasiyadan sonra Azərbaycanın kapital bazarında əsəbilik artıb"

​Rüfət Aslanlı: "Devalvasiyadan sonra Azərbaycanın kapital bazarında əsəbilik artıb"
14:57 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanda bu ilin fevralın 21-də həyata keçirilən milli valyutanın devalvasiyasından sonra kapital bazarı iştirakçılarının davranışında əsəbilik artıb.
"Report"un verdiyi xəbərə görə, bunuQiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət Komitəsinin bugünküiclasında ikinci oxunuş üçün müzakirəsi zamanı bildirib: "Bazarda aktivlik, ticarət əməliyyatlarının sayı və məbləği artıb. İnvestorlar uzunmüddətlidən qısamüddətliyə keçir".
"Bu il "tənəzzül" sözünü istifadə etməzdim. Sonra nə olacaq, bunu proqranozlaşdırmaq çətindir. Hazırda vəziyyət idarəolunandır. Amma ilin sonunanə olacaq, demək çətindir", - deyə R.Aslanlı qeyd edib.
QKDK sədri həmçinin deputat Əli Məsimlinin bu qanun layihəsinin qüvvəyə minməsi ilə Mərkəzi Banka investor şirkəti funksiyasının verilməsinin digər qanun layihələrinə zidd olması ilə bağlı fikirlərinə cavab verərək bildirib ki, Komitə heç bir halda şəxsi maraqları dövlət maraqlarından üstün tutmur. O bildirib ki, qanun layihəsi ilə Mərkəzi Bankın kapital bazarında fəaliyyətini olduğu kimi saxlayır.
Layihədə olan yeniliklərdən biri də odur ki, qiymətli kağızlar ticarəti yalnız elektron formada aparılacaq. Qanun layihəsi bazarın tənzimlənməsi prosesini sistemləşdirir və sadələşdirir.
İkinci oxunuş üçün parlament komitəsində aparılan müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyyə olunub.
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasın "Reklam haqqında" qanun layihəsi də III oxunuşda müzakirə olunmaq üçün parlamentin plenar iclasına tövsiyyə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rufet-aslanli-devalvasiyadan-sonra-azerbaycanin-kapital-bazarinda-esebilik-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR