Niderlandda vəfat etmiş azərbaycanlı yazıçı bu gün Xırdalanda dəfn olunacaq

Niderlandda vəfat etmiş azərbaycanlı yazıçı bu gün Xırdalanda dəfn olunacaq
10:58 13 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Niderland Krallığında vəfat etmiş Azərbaycan diasporunun bu ölkədəki fəal nümayəndələrindən biri, yazıçı Gülşən Lətif qızı Kazımova-Atəşin cənazəsi bu gün Azərbaycana gətirilərək dəfn olunacaq.

Trend xəbər verir ki, mərhumun cənazəsi bu gün saat 13:40-da Bakıya gətirilərək saat 16:00-da Xırdalan qəbiristanlığında dəfn ediləcək. Yas mərasimi Gülşən xanımın anasının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5A ünvanında (“Nərimanov” metrostansiyası yaxınlığındakı “Life Center” binası) yerləşən evində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan və Niderland xalqlarının sevimli yazıçısı Gülşən Lətif qizi Kazımova-Atəş 2014-cü il yanvarın 11-nə kecən gecə, saat 01:40-da Haaqa səhərində 54 yaşında vəfat edib.

Həyat uğrunda son dəqiqəyədək mərdliklə ölüm-dirim mübarizəsi aparan, lakin bir dəqiqə belə olsa, iradəsini və yumor hissini itirməyən, güclü şəxsiyyəti və iradəsi ilə bütün həkimlərin və xəstəxana işcilərinin rəğbətini qazanan Gülşən xanımın son anında yanında onun oğlu, həyat yoldaşı, ailə üzvləri və iki ən yaxın rəfiqəsi olub.

Gülşən xanımın ruhunu yad etmək üçün mərhumun qırxı tamam olunca Niderlandda Azərbaycan icması tərəfindən mərasimlər təşkil ediləcək.

Xatırladaq ki, Gülşən Lətif Niderland Krallığında 20 ildən çox yaşayıb və yaradıb. O, bu ölkənin ictiamiyyətində və mətbuatında dəyərli yer tuta bilib, Azərbaycan həqiqətlərinin Avropaya catdırılmasi yolunda var qüvvəsini sərf edib. O, Niderlandda “AnaVətən” adlı qadın təskilatının təsisçisi və rəhbəri olub, insan hüquqları müdafiəsi üzrə böyük işlər aparıb.

Gülşən Lətifin “Bizim nəslin qızlari” adlı romanı 2009-cu ildə Rusiyada kecirilən Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin qalibi adına layiq gorülüb. Onun “Azeraida adası” romanı, son beş ildə ən çox oxunan kitablar siyasına daxil olub.

Ötən il Haaqada Azərbaycan səfirliyində yazıçının böyük yaradıcılıq gecəsi keçirilib.

Allah rəhmət eləsin!

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2352500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR