Argentinanın Quilmes Milli Universitetinin rektoru BDU-da olub - FOTO

Argentinanın Quilmes Milli Universitetinin rektoru BDU-da olub - FOTO
14:02 24 Aprel 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 14:56 ]


Bakı-APA. Argentinanın Quilmes Milli Universitetinin rektoru doktor Mario Lozano Bakı Dövlət Universitetində (BDU) olub.

 

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva qonağa universitet haqqında məlumat verib, aparılan uğurlu təhsil islahatlarından danışıb, universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib. Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan prorektor bunun reallaşması istiqamətində universitetlərarası əməkdaşlığın önəmini xüsusilə qeyd edib.

 

Mario Lozano təmsil etdiyi ali məktəb haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb, son illər Argentina ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirib. Bu baxımdan, universitetlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.

 

Görüşdə Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qəmbərov iştirak edib.

 

Sonda qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.

 

Qeyd edək ki, rektor Mario Lozano 20-dən artıq elmi xülasənin müəllifi, bununla yanaşı, konqres, universitet və müəssisələrdə 114 konfransın təşkilatçısıdır. Həmçinin Argentinanın Mikrobiologiya Assosiasiyası Cəmiyyətinin, Tətbiqi Biokimya Cəmiyyətinin və  Virusologiya Cəmiyyətinin idarə heyətinin üzvüdür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR