10 min bakalavr imtahan verəcək

10 min bakalavr imtahan verəcək
14:05 24 Aprel 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) aprelin 26-da 2015/2016-cı tədris ili üçün magistraturaya qəbul üçün keçirəcəyi qəbul imtahanında 10 mindən çox bakalavr iştirak eəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2015-ci il aprelin 1-dən 10-dək aparılıb. Bu hüquqa malik olan bakalavrlardan 10170 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 9037 nəfəri Azərbaycan bölməsi, 1133 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4337 nəfərini oğlanlar, 5833 nəfərini qızlar təşkil edir. 5766 nəfər ali təhsil müəssisələrinin builki, 4404 nəfər əvvəlki illərin məzunudur. 30 bakalavr xarici ölkə vətəndaşıdır. Bakalavrlardan 9052 nəfərinin Bakı şəhərində, 205 nəfərinin Naxçıvan şəhərində, 913 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanın idarə olunmasına 70 imtahan rəhbəri, 743 nəzarətçi-müəllim ayrılıb.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR