"Barselona"nın Avropa macərası bitdi, "Real" davam edir

Kişi basketbolçular arasında Avropanın ən nüfuzlu klub turniri olan Avroliqada "Dördlər finalı"nın bütün iştirakçıları müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, "Anadolu Efes"in qonağı olan "Real" üçüncü qələbəsini qazanaraq adını son dördlüyə yazdırıb. "Barselona" isə Yunanıstanda "Olimpiakos"a təslim olub.

"Anadolu Efes" - "Real" - 63:76

Seriyada hesab - 1:3

"Olimpiakos" - "Barselona" - 71:68

Seriyada hesab - 3:1

"Dördlər finalı"nda "Real" "Fənərbağça" ilə, ÇSKA isə "Olimpiakos"la qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR