Bəşəriyyət tarixində mühüm yenilik

Bəşəriyyət tarixində mühüm yenilik
15:11 24 Aprel 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Çin elm adamları ilk dəfə insan rüşeyminin genetikasını dəyişdirməyi bacarıb.

ANS PRESS-in məlumatına görə, mütəxəssislər uğur qazanacaqları təqdirdə genetik xəstəliklərin qarşısını ala biləcəklərini iddia edirlər.

Sun Yat-sen Universitetinin alimləri aylardır üzərində çalışdıqları araşdırmanı yekunlaşdırıblar. Elm adamları insan rüşeyminin DNT-ini müəyyən ediblər. Ancaq alimlər yeni təcrübələrinin bir çox mənfi təsirinin ola biləcəyindən ehtiyyat edirlər.

Bəşəriyyət tarixinə keçə biləcək araşdırma çox sayda sperma vasitəsilə döllənən embrionlar üzərində aparılıb. Məlum olub ki, süni DNT-nin ciddi əks təsirləri ola bilər.

Təcrübələr zamanı süni DNT əlavə edilən 86 embriondan bəziləri ölüb. Nəticə olaraq embrionların yalnız 14%-də süni DNT-dən istifadə etmək mümkün olub. Çinli elm adamlarının fikrincə, bu yeni metod vasitəsilə Parkison və Daun sindromu kimi bir çox xəstəliyin qarşısı alınacaq.

Hələlik başlanğıc mərhələsində olan təcrübələrin realda hansı effekt verəcəyi isə müzakirə mövzusudur. Alimlər dünyaya gələn uşaqlarda illər sonra necə dəyişikliklər ortaya çıxacağı üzərində araşdırmalar aparırlar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR