UEFA Avropa Liqasında püşk atıldı: yarımfinal cütlükləri müəyyənləşdi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Mərasimə həmişə olduğu kimi İsveçrənin Nyon şəhəri ev sahibliyi edib. Metbuat.az-ın xəbərinə görə, püşk "Napoli"ni "Dnepr"ə rəqib edib. "Sevilya" isə finala çıxmaq uğrunda "Fiorentina" ilə münasibətlərinə aydınlıq gətirəcək.

"Napoli" - "Dnepr"

"Sevilya" - "Fiorentina"

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları 7 may, cavab görüşləri isə 14 may tarixində keçiriləcək. Final qarşılaşması mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR