Braziliyada Azərbaycan mədəniyyəti həftəsinin açılışı olub

Braziliyada Azərbaycan mədəniyyəti həftəsinin açılışı olub
15:17 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 15:09 ]


Bakı. Cavid Zeynallı – APA. Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan mədəniyyəti həftəsinin rəsmi açılışı olub.

 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Rio-de- Janeyronun “Cidade das Artes” incəsənət mərkəzində Azərbaycan milli mətbəx nümunələrinin, “Azərbaycan dünən, bu gün və sabah” adlı fotosərginin təqdimatı keçirilib.

 

Mədəniyyət həftəsi çərçivəsində “Teatro de Camera” zalında Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub.

 

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov çıxış edərək bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, səfirliyin təşəbbüsü və incəsənət mərkəzinin təklifi ilə keçirilən tədbir iki xalqın bir-birinin mədəniyyəti və adəti ilə tanış olmasına vasitə olacaq.

 

Tədbirdə Dövlət Rəqs Ansamblının üzvlərinin iştirakı ilə Ü.Hacıbəylinin musiqisi əsasında qurulmuş “Cəngi” rəqsi ifa olunub. Xalq artisti Mənsum İbrahimovun və Arzu Əliyevanın ifasında “Şuşanın dağları”, “İrəvanda xal qalmadı” mahnıları, “Dilkeş” “Bayatı-Şiraz”, “Qatar” təsnifləri və s. ifa olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR