I Avropa Oyunları müddətində Bakıdakı teatrlarda ediləcək yeniliklər açıqlanıb

14:17 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Onun sözlərinə görə, teatr mövsümü I Avropa Oyunları bitənədək davam edəcək. Şöbə müdiri bildirib ki, Avropa oyunları keçiriləcəyi müddətdə, bazar ertəsi istisna olmaqla hər gün teatrlarda tamaşalar nümayiş etdiriləcək.
V.Şıxəmmədov vurğulayıb ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, GəncTamaşaçılar və Rus Dram Teatrlarında göstəriləcək tamaşalar rus və ingilis dillərində sinxron tərcümə ilə nümayiş olunacaq: "Oyunları izləmək üçün Bakıya gələn qonaqların teatrlara gəlişi könüllü formada olacaq. Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan və hər ay Bakıda fəaliyyət göstərən mehmanxanalara paylanılan “Baku Guide” kataloqunun həmin dövr üçün xüsusi buraxılışı dərc ediləcək. Bu nəşrin qonaqların yerləşəcəyi mehmanxanalarda, tədbirlərin keçiriləcəyi obyektlərdə yayımı nəzərdə tutulub.
Keçiriləcək bütün tədbirlər, Azərbaycana gələn idmançıların və qonaqların buradan xoş təəssüratla ayrılması üçün nəzərdə tutulub". 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/i-avropa-oyunlari-muddetinde-teatrlarda-edilecek-yenilikler-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR