​İraqda İŞİD-in 48 silahlısı öldürülüb

​İraqda İŞİD-in 48 silahlısı öldürülüb
15:17 24 Aprel 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə aid qırıcıların bombardmanı nəticəsində İŞİD-in 48 silahlısı zərərsizləşdirilib.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, İŞİD-in Mosul şəhərinin şimalındakı Göksəl, Başika Dağ, ət-Təhrir və əl-Berid məhəllələrindəki mövqelərinə hava zərbələrinin endirilməsi nəticəsində 25 terrorçu öldürülüb.
Bağdadın 40 kilometrliyində yerləşən əl-Kurme rayonunun cənubundakı atışmada isə 23 İŞİD silahlısı zərərsizləşdirilib.
Kurmenin cənubundakı əş-Şəhabi əl-Ula, əş-Şəhabi əs-Sani və əl-Meami bölgələri də İŞİD-dən təmizlənib.
Xatırladaq ki, Kurme ötən ay İŞİD terrorçu qruplaşmasının nəzarəti alıtına keçib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-raqda-i-si-d-in-48-silahlisi-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR