Rusiyada qələbənin 70-ci ildönümü ilə əlaqədar amnistiya

Rusiyada qələbənin 70-ci ildönümü ilə əlaqədar amnistiya
15:19 24 Aprel 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının deputatları Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü ilə əlaqədar bu gün amnistiya elan edib. Lent.az-ın Vesti. ru-ya istinadən məlumatına görə, sənəd ikinci və üçüncü oxunuşda yekdilliklə qəbul edilib. Layihə bu gün və ya sabah çap edilən kimi dərhal qüvəyə minəcək. 

 

Duma komitəsinin rəhbərinin sözlərinə görə, amnistiya mülki, cinayət, arbitraj və prosessual qanunvericiliyi üzrə həbs olunmuş 350 mindən 400 min qədər insana aid ola bilər.

 

Həmçinin, amnistiya yeniyetmələr, hamilələr, yeniyetmə və yaxud əlil övladı olanlara da şamil ediləcək. Habelə amnistiya aktı yaşı 55-dən yuxarı olan kişilərə və yaşı 50-dən yuxarı olan qadınlara, I, II qrup əlillərə, III və IV qrup onkoloji və vərəm xəstələrinə də aid ediləcək.

 

Amnistiya aktı qəsdən adam öldürmə, quldurluq, terrorçuluq kimi ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilməyəcək.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR