Xəbər agentliklərinin konfransı keçirilib (FOTO)

Xəbər agentliklərinin konfransı keçirilib (FOTO)
14:21 24 Aprel 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın paytaxtı Sofiya şәhәrindә Avropa Xәbәr Agentliklәri Alyansının (EANA) vә Bolqarıstanın BTA xәbәr agentliyinin tәşkilatçılığı ilә keçirilən "Xәbәr agentliklәri vә rәqәmsal tәrәfdaşlıqlar üçün strategiyalar, müxtәliflik, texnologiya, marketinq" mövzusunda konfrans işini davam etdirib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, konfransda İspaniyanın EFE agentliyinin multimedia mәhsulları departamentinin rәhbәri Xorxe Lopez xәbәr agentliklәrinin yeni sәrhәdlәrindәn danışaraq auditoriya cәlb etmәk üçün yeni vasitәlәri diqqәtә çatdırıb. O qeyd edib ki, çap mediasının getdikcә zәiflәdiyi bir vaxtda xәbәr agentliklәri tәşkilatlar, şirkәtlәr qismindә müştәri axtarışını davam etdirmәlidir.

Rumıniyanın AGEPRESS agentliyinin baş direktoru Aleksandru Giboi sosial mediadan marketinq mәqsәdlәri üçün istifadә etmәk mәsәlәlәrinә diqqәt çәkib. Onun fikrincә, trafikin cәlb edilmәsindә artıq sosial şәbәkәlәrin rolu getdikcә artmaqdadır.

AZӘRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, sosial media dünyanın hәr yerindә olduğu kimi, Azәrbaycanda da böyük sürәtlә inkişaf edir vә informasiya agentliklәrinin qarşısında bu çağırışlara tutarlı cavab tapmaq mәsәlәsi dayanır. "Xәbәr agentliklәri sosial mediadan hәm xәbәr yaymaq vә veb-resurslarına oxucu cәlb etmәk, hәm dә sosial mediadakı mәlumatlardan xәbәr mәnbәyi kimi istifadә etmәyә çalışır. İkinci mәsәlә ilә bağlı qeyd etmәk lazımdır ki, bu, xәbәr agentliklәri qarşısında bir sıra risklәr yaradır. Bu sırada xәbәrin dәqiqliyi vә mәsuliyyәt әsas yerdә dayanır", - deyә o, bildirib.

Baş direktor EANA üzvlәrinә bu ilin iyunun 12-28-də Bakıda keçirilәcәk birinci Avropa Oyunları haqqında mәlumat verib. Qeyd olunub ki, bu oyunlar zamanı EANA-ya üzv agentliklәr AZӘRTAC-ın bu möhtәşәm idman tәdbirindәn hazırlayacağı xәbәrlәrә müraciәt edә bilәrlәr. İki gün davam edәn konfrans işini başa çatdırıb.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR