Azərbaycanlı tələbələr “Çanaqqala 100” twitter aksiyası üçün birləşdilər

Azərbaycanlı tələbələr “Çanaqqala 100” twitter aksiyası üçün birləşdilər
14:23 24 Aprel 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Dövlət İqtisad Universieti (ADİU) tələbələrinin təşkilatçılığı ilə genişmiqyaslı twitter aksiyası keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, ölkənin 10 ali təhsil müəssisəsindən 5 minə yaxın tələbənin cəlb olunduğu aksiyanın keçirilməsində məqsəd aktiv istifadə etdilən twitter sosial şəbəkəsi vasitəsilə 24 aprel qondarma erməni “soyqrımı”na qarşı böyük ifşa tədbirini həyata keçirmək və Çanaqqala zəfəri kimi qeyd olunan tədbirlərə dəstək göstərməkdir.
Aksiya Türkiyənin Çanaqqala vilayətində müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr edilmiş təntənəli mərasim ilə paralel keçirilib.
“#Canakkale100” açar sözü vasitəsilə yayımlanan statuslarda Çanaqqala zəfərinin tarixi, erməni yalanları, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşılıb. Açar sözünün gün boyu aktiv saxlanılması məqsədilə tələbələrin sosial şəbəkələrdə paylaşımı növbəli şəkildə təmin edilib.
Aksiyaya Türk dünyasının müxtəlif ölkələrindən çoxlu sayda tələbə birlikləri və qeyri-hökumət təşkilatları dəstək verib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_telebeler_CHanaqqala_100_twitter_aksiyasi_uchun_birlesdiler-849423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR