Avroliqanın püşü atıldı

Avroliqanın püşü atıldı
15:26 24 Aprel 2015
85 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının 1/2 final mərhələsinin püşkatma mərasimi baş tutub.

ANS PRESS-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən yığıncaqda yarım finalda qarşılaşacaq klublar müəyyənləşib.

Belə ki, 1/2 final mərhələsində İtaliyanın "Napoli" klubu Ukrayna təmsilçisi "Dnepr"lə üzləşəcək. İspaniyanın "Sevilla" klubu isə İtaliyanın bir digər təmsilçisi "Fiorentina" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa Liqası yarı finalında ilk matçlar 7 mayda keçiriləcək. Bu oyunların cavab qarşılaşması 14 mayda baş tutacaq. Avropa Liqasının final matçı isə 27 mayda Varşava Milli Stadionunda keçiriləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR