AKP-dən İrəvana hədiyyə

AKP-dən İrəvana hədiyyə
15:26 24 Aprel 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Uydurma soyqırımın 100 illiyini qeyd edən ermənilərə Türkiyə hökumətindən özünəməxsus hədiyyə gəlib.

ANS PRESS-in məlumatına görə, Türkiyə mədəniyyət və turizm naziri Ömər Çelik Van gölündə yerləşən Axtamar kilsəsinin YUNESKO-nun dünya mirası siyahısına salınması barədə açıqlama verib. 10-cu əsrdə Van gölündə yerləşən Axtamar adasında tikilmiş kilsə uzun müdət erməni katalikosların iqamətgahı olub.

Ermənilər Axtamarı müqəddəs torpaq sayır və adını Tamar adlı bir qızı sevən gənc aşiqin suda boğularaq ölməsi ilə bağlayırlar. Əslində isə adanın adı hələ 3 min il qabaq göl ətrafında yaşamaş köçəri axta və mar türk tayfalarının adı ilə bağlıdır. Böyük ehtimalla bu əfsanə türklərin böyük anası Tomrisin adından qaynaqlanır.

Abidənin YUNESKO-nun dünya mirası siyahısına salınması üçün müraciət Türkiyə mədəniyyət və turizm nazirliyi tərəfindən edilib. Böyük ehtimalla ermənilər Ankaranı bu gedişini geri çəkilmə və erməni diplomatiyasının böyük qələbəsi kimi dəyərləndirəcəklər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=340189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR