Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

15:27 24 Aprel 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 15:19 ]


Bakı – APA. Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avropa Liqasının yarımfinal və final mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mövsümün son püşkü əvvəl finalçıları müəyyənləşdirəcək 2 cütlüyün tərkibinə aydınlıq gətirib.

 

Püşkün nəticələrinə əsasən, İtaliya klublarını fərqli cütlərə düşüb. “Napoli” Ukrayna “Dnepr”i, “Fiorentina” isə İspaniya “Sevilya”sına rəqib olub. Ardınca isə finalın nominal meydan sahibini müəyyənləşdirib.

 

“Napoli” – “Dnepr” görüşünün qalibi finalın nominal meydan sahibi olacaq.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.

 

Yarımfinal (7 may/14 may)

 

1. “Napoli” (İtaliya) - “Dnepr” (Ukrayna)

2. “Sevilya” (İspaniya) - “Fiorentina” (İtaliya)

 

Final (27 may)

1-ci cütün qalibi – 2-ci cütün qalibi


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR