Azərbaycan Eurasia UBB sammitinə dəvət edilib

Azərbaycan Eurasia UBB sammitinə dəvət edilib
15:28 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan “Huawei” şirkətinin elan etdiyi Eurasia UBB sammitinə dəvət alıb. Sammitin keçiriləcəyini
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində kompleks həllər üzrə dünyanın aparıcı servis provayderi olan “Huawei” şirkəti Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi ilə əməkdaşlıq çərçivəsində İfrat Genişzolaqlı Rabitə üzrə Birinci Avrasiya Sammitinin təşkilatçısı olmaq niyyətini bəyan edib. Bu fikir Minskdə keçirilmiş telekommunikasiyalar, informasiya və bank texnologiyaları üzrə “TİBO-2015” Beynəlxalq ixtisaslaşdırılmış forumda səsləndirilib.
Sammitə Belarus, Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycan, Qırğızıstan və Tacikistanın rabitə məsələləri üzrə nazirliklərinin vəzifəli şəxsləri, bu ölkələrdən telekommunikasiya xidmətləri üzrə operator-şirkətlərinin rəhbərləri, Beynəlxalq Telekommunikasiya İttifaqından və rabitə sahəsində standartlaşdırma üzrə təşkilatlardan ekspertlər, habelə beynəlxalq konsaltinq firmalarının analitikləri dəvət olunublar.
“Huawei” şirkəti ifrat genişzolaqlı texologiyaların inkişafında, şəbəkələrin qurulmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində strateji planlaşdırmada öz uğurlu təcrübəsini digər iştirakçılarla bölüşüb və kommersiya məsələləri üzrə bir sıra konsultasiyalar həyata keçirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Eurasia_UBB_sammitine_devet_edilib-849425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR