Manatla bağlı nikbin xəbər

Manatla bağlı nikbin xəbər
14:31 24 Aprel 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bank manatın aqibəti ilə bağlı proqnoz verib.

ANS PRESS xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib ki, neftin qiyməti sabitləşərsə, manatda ciddi devalvasiya gözlənilmir.

APA-nın məlumatına görə, o deyib: "Dollar-avro münasibətləri manatın məzənnəsinə təsir göstərir. Bununla belə, neftin qiyməti tədricən sabitləşdikcə, manatın ciddi devalvasiyası gözlənilmir. Ümumiyyətlə, Mərkəzi Bank mövcud ehtiyatlarını bu məsələnin həllinə yönəldəcək."

Xatırladaq ki, bu il fevralın 21-də manat devalvasiya olub və 33-34 faiz ucuzlaşıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=340193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR