Gəncə şəhərində Mir Cəlal Paşayevin xatirəsi anılıb - FOTO

Gəncə şəhərində Mir Cəlal Paşayevin xatirəsi anılıb - FOTO
14:37 24 Aprel 2015
227 Sosial
Ölkə mətbuatı
A- A+

Əməkdar elm xadiminin anadan olmasının 107-ci ildönümü münasibətilə keçirilən anım tədbirində şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kəpəz TV-nin (Region TV) məlumatına görə, Mir Cəlal Paşayev muzeyində təşkil olunan tədbir Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya ilə başlayıb. Ədibin əsərləri əsasında səhnələşdirilən kiçik tamaşada elm xadiminin ideya və arzuları əks olunub. Çıxış edənlər filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatı və elminə verdiyi töhfələrdən geniş söhbət açıblar. Əməkdar elm xadiminin xatirəsinin gəncəlilər tərəfindən daim əziz tutulduğu vurğulanıb.

İbrahim Quliyev
, Azərbaycan Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, professor: "Mərhum Mir Cəlal Paşayevin həyatının bir hissəsi Gəncə ilə bağlıdır. Mən deyərdim, bəlkə də onun formalaşmasında Gəncə mühitinin müstəsna rolu olub. Yazdığı əsərlər də Gəncə ilə bağlı olduğuna görə hiss olunur ki, Gəncəyə hər zaman böyük sevgi və məhəbbət göstəribdir. Eyni zamanda Gəncədə onun həyatı üçün vacib illər olub".

Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Kamera Orkestrının konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və dünya klassiklərinin əsərləri səsləndirilib.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR