Ronaldu və Messinin kimlərə səs verdiyi açıqlanıb

11:05 13 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+

“Qızıl top”un qalibi Kriştianu Ronaldu və onun əsas rəqiblərindən olan Lionel Messinin kimlərə səs verdiyi məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin kapitanı qismində səs verən Ronaldu əsasən “Real”ın futbolçularının adlarını qeyd edib.
  
O, müvafiq olaraq Serxio Ramos, Qaret Beyl Kərim Benzemanın adını ilk “üçlük”də göstərib. Lionel Messi isə Argentina millisindəki komanda yoldaşı Anxel di Mariyanı birinci sayıb. Leo “Barselona”nın futbolçuları Andres İnyesta Xavyer Maskeranonu isə ikinci və üçüncü sıraya layiq bilib.
  
Qeyd edək ki, bir gün öncə İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə “Qızıl top”a layiq görülən Ronaldu 3-cü dəfə bu mükafata sahib çıxıb. “Qızıl top”u ən çox qazanan oyunçu isə 4 dəfə ilə Lionel Messidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR