Multikulturalizm Mərkəzi Ural Federal Universitetində monitorinqə başlayıb

Multikulturalizm Mərkəzi Ural Federal Universitetində monitorinqə başlayıb
15:39 24 Aprel 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənnin Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyan Ural Federal Universitetinin Yekaterinburq filialında tədrisi davam edir. Lent.az-ın məlumatına görə, dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını, onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.

 

Ural Federal Universitetinin Yekaterinburq filialına Milli Məclisinin deputatı Mixail Zabelin və Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov ezam olunub. Ezam olunan şəxslər universitetin nəznində fəaliyyət göstərən Azərbaycanşunaslıq Mərkəzinin müdiri, “Azərbaycan multikulturalizmi” fənnini tədris edən professor Aleksandr Nesterovun, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovun, konsulları M. Əhmədovun və İ.İskəndərovun iştirakı ilə bir sıra görüşlərdə iştirak ediblər.

 

Görüşlər zamanı “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin təkminləşdirilməsi, Azərbaycan-Rusiya arasında sosial-iqtisadi və humanitar sahədə olan münasibətlər və gələcəkdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Sonra professor R. Novruzov universitetdə “Azərbaycan multikulturalizmi” fənnini öyrənən magisrtrantlarla görüş keçirib və bu görüş zamanı tələbələrin tədris fənninə qarşı olan müsbət münasibəti müəyyən olunub.

 

Qeyd edək ki, bu gün Ural Federal Universitetinin Yekaterinburq filialında da monitorinq keçiriləcək. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR