Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb
15:42 24 Aprel 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində ötən mövsümün qalibi İspaniya "Real Madrid"i İtaliya "Yuventus"una rəqib olub. 
Digər yarımfinalda isə İspaniya "Barselona"sı Almaniya "Bavariya"sını sınağa çəkəcək. Oyunlar 5-6 mayda və 12-13 mayda keçirəcək. Final qarşılaşması iyunun 6-da Almaniyanın paytaxtı "Olimpiaştadion"da təşkil olunacaq. Həlledici matçda nominal meydan sahibi funksiyasını "Yuventus" - "Real Madrid" cütünün qalibi yerinə yetirəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/cempionlar-liqasinda-yarimfinal-merhelesinin-pusk-atilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR