Multikulturalizm Mərkəzi Ural Federal Universitetində monitorinqə başlayıb

Multikulturalizm Mərkəzi Ural Federal Universitetində monitorinqə başlayıb
15:42 24 Aprel 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 15:33 ]


Bakı. Cavid Zeynallı – APA. Ural Federal Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi aparılıb.

 

Bakı Beynəlxalq Multikulturalizm mərkəzindən APA-ya verilən məlumata görə, dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.

 

Ural Federal Universitetinin Yekaterinburq filialına Milli Məclisinin deputatı Mixail Zabelin və Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov ezam olunub.

 

Ezam olunan şəxslər Ural Federal Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin müdiri, “Azərbaycan multikulturalizmi” fənnini tədris edən professor Aleksandr Nesterovun, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovun, konsulları M. Əhmədovun və İ.İskəndərovun iştirakı ilə bir sıra görüşlərdə iştirak ediblər.

 

Görüşlər zamanı “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin təkmilləşdirilməsi, Azərbaycan-Rusiya arasında sosial-iqtisadi və humanitar sahədə olan münasibətlər və gələcəkdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonra professor Rafiq Novruzov Ural Federal Universitetində “Azərbaycan multikulturalizmi” fənnini öyrənən magisrtrantlarla görüş keçirib və bu görüş zamanı tələbələrin tədris fənninə qarşı olan müsbət münasibəti müəyyən olunub.

 

May ayının 5 və 6-da, Bakı Slavyan Universitetində “Azərbaycanşunaslığın aktual problemləri” mövzusunda keçiriləcək Beynəlxalq konfransda Ural Federal Universitetinin müəllim və tələbə heyətinin iştirakı etməsinin mümkünlüyü müzakirə edilib.

 

Universitetdə Azərbaycanşünaslıq mərkəzinin müdiri və orada “Azərbaycan multikultalizmi” fənnini tədris edən professor Aleksandr Nesterovun hazırladığı “XVII-ci əsr İrəvan xanlığı” adlı kitabı haqqında geniş məlumat verilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR