Obamadan Fələstinə yox

Obamadan Fələstinə yox
11:06 13 Yanvar 2015
204 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasını mənfi qiymətləndirir.

ANS PRESS-in məlumatına görə, Ağ Evin məlumatına görə, bu barədə Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.

“Prezident Obama ABŞ-ın mövqeyini bir daha təsdiqləyib. Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmağa hüququ yoxdur. Fələstin dövlət olmadığına görə bu quruma qoşula bilməz. Bu konstruktiv addım deyil”, - Ağ Evin məlumatında belə deyilir.

Bir müddət əvvəl BMT-nin baş katibi Ban Ki-mun Fələstinin aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacağını bildirmişdi. Məhkəməyə üzvlük Fələstinə İsrailə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa imkan verəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR