Azərbaycan, Bakı, 24 aprel /Trend/
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.
Trend-in məlumatına görə, turnirin son qalibi Madridin "Real" klubu "Yuventus"la qarşılaşacaq. "Barselona" isə "Bavariya" ilə üz-üzə gələcək.
Çempionlar Liqasında 1/2 final mərhələsinin ilk oyunları 5-6 may, cavab qarşılaşmaları isə 12-13 mayda keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Bizi Twitter-dən izləyin: @trend_az