Azərbaycanın bugünkü inkişafı ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir

Azərbaycanın bugünkü inkişafı ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir
15:48 24 Aprel 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 24 aprel, AZƏRTAC
Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər Birliyinin fəal üzvlərinin iştirakı ilə keçirilən tədbirdə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev çıxış edərək, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün gördüyü misilsiz işlərdən danışıb. Bildirilib ki, Azərbaycanın bugünkü inkişafı məhz Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. Odur ki, qədirbilən xalqımız müstəqil Azərbaycan dövlətinin memarı, böyük siyasi xadim Heydər Əliyevin anadan olmasının 92 illiyini böyük təntənə ilə qeyd edir.
Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında dahi rəhbərin tarixi xidmətlərindən, məqsədyönlü siyasətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_bugunku_inkisafi_ulu_onder_Heyder_Aliyevin_heyata_kechirdiyi_meqsedyonlu_siyasetin_behresidir-849431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR