Bərdəli məktəblilər intellektual qabiliyyətlərini nümayiş etdiriblər

Bərdəli məktəblilər intellektual qabiliyyətlərini nümayiş etdiriblər
15:48 24 Aprel 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+


Bərdə, 24 aprel, AZƏRTAC
Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibələ “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman idarəsinin, təhsil şöbəsinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının keçirdiyi yarışda Bərdə şəhərindən 9, kəndlərdən isə 8 tam orta məktəbin komandaları iştirak edib.
Gərgin mübarizə şəraitində keçən çempionatda daha güclü oyun nümayiş etdirən Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası birinci, şəhər 3 nömrəli tam orta məktəbin komandası ikinci, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin və Muğanlı kənd tam orta məktəbin komandaları isə üçüncü yeri tutublar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdeli_mektebliler_intellektual_qabiliyyetlerini_numayis_etdiribler-849433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR