Bu gün saat 15:00-da Çempionlar Liqasının final mərhələsinin püşkü atılıb. Lent.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib. Belə ki, Çempionlar Liqasının son qalibi "Real" (Madrid) "Yuventus"la üz-üzə gələcək. "Barselona" isə "Bavariya" ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları 5-6 may, cavab qarşılaşmaları isə 12-13 mayda olacaq.
Yarımfinal mərhələsinin cütlükləri:
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
"Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya)