Polşanın sabiq prezidenti Azərbaycana səfərindən öncə regiondakı münaqişələrə dair müraciət yayıb

Polşanın sabiq prezidenti Azərbaycana səfərindən öncə regiondakı münaqişələrə dair müraciət yayıb
15:52 24 Aprel 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 15:47 ]


Bakı. Mübariz Aslanov – APA. Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək Polşanın eks-prezidenti Aleksandr Kvasnevski regiondakı münaqişələrlə bağlı rəsmi müraciət edib. 

 

APA-nın məlumatına görə, keçmiş prezident müraciətində bildirir: “Bu gün Avropa və Asiya üçün çox narahat zamandır. Avropa İttifaqında iqtisadi böhran yavaş-yavaş başa çatır, lakin Avrozona hələ daxili problemlərlə qarşı-qarşıyadır. Sabitliyi bərpa etmək üçün Avropa islahatlar aparmağa ehtiyac duyur, iqtisadi koordinasiyanın daha da inkişafına çalışır. Rusiya-Ukrayna münaqişəsi Berlin divarlarının yıxılmasından daha çətin problemə çevrilib. Bundan başqa, onilliklərdir ki, Yaxın Şərqdə rast gəlinməyən, amma son vaxtlar alovlanan hərbi, hətta siyasi qarşıdurmalar da baş verir. Ona görə də mən Bakıdakı III Qlobal Foruma toplaşmamızı səbirsizliklə gözləyirəm.

 

Bakı - müxtəlif millətlərin suveren yaşadığı, etnik və qədim şəhərdir. Qitələrin sərhədləri aşması və sair problemlərin müzakirəsi üçün ən yaxşı yerdir. Müzakirələrdə forumun ənənələrinə sadiq qalmaqla müsbət ruhlandırıcı fikirlərin səsləndiriləcəyinə və qəbul olunacağına ümid edirəm”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR