Konsul: "Çanaqqala zəfəri, həqiqətən, yeni dönəmin başlanğıcını qoydu"

Konsul: "Çanaqqala zəfəri, həqiqətən, yeni dönəmin başlanğıcını qoydu"
15:52 24 Aprel 2015
214 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Çanaqqala zəfərinin 100 illiyi qeyd olunur. Müharibələr tarixinə adını yazan bu misilsiz qalibiyyət bütün Türk dünyasının zəfəridir. Kəpəz TV (Region TV) qürur tarixinə Türkiyənin Gəncədəki konsulu Orhan İşıkla nəzər saldı...
1915-ci ilin 18 martında başlayan və aprelin 24-də ölüm-dirim mübarizəsinə çevrilən Çanaqqala savaşında türklər tarixin ən parlaq qəhrəmanlıq səhifələrindən birini yazdılar. Antanta qüvvələrinin Birləşmiş Donanmasının hərbi gəmiləri Çanaqqala boğazında sulara qərq oldu. Bu, gözləntilərin əksini bəyan etdi. Məhv olan xülyalar sırasında Osmanlı xarabalıqları üzərində “Böyük Ermənistan” yaratmaq xəyalı da iflasa uğradı.

Orhan İşık, Türkiyənin Gəncədəki baş konsulu: “Çanaqqalada divara həkk olunmuş bir yazı var. “Ey yolcu dur!!! Bu topraklar bir devrin bitdiyi, yeni bir devrin başladığı topraklardır”. Həqiqətən, Çanaqqala zəfəri yeni dönəmin başlanğıcını qoydu”.
Maraqlıdır, türklərin 100 illik zəfəri və ermənilərin 100 illik uydurmaları. Saxta olanı gerçək görüntüsünə salmağa çalışmaq bu tayfanın “mübarək” əməlidir desək, yanılmarıq.

Orhan İşık: “100 il öncə kimlərlə birlikdə idik, kimlər qarşımızda idi. Bu gün kimlərlə birlikdəyik və kimlər qarşımızda?! Yəni Çanaqqalada kimlər bizimlə və İrəvanda kimlər qarşımızda”.
Bəli, bu, sadəcə, onların alnına yazılan xəyanətkarlıq missiyasıdır və öhdəsindən “adlarına” layiq gəlirlər. 100 il insanların həyatında böyük göstərici olsa da, dövlətlərin tarixində, bəlkə də, başlanğıcdır. Bir sözlə, bayraqları al qanıyla bayraq edən türk əsgərinin qüdrəti erməniləri hələ ən az yüz il də ifşa edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR