Multikulturalizm Mərkəzi Lənkəran Dövlət Universitetində monitorinq keçirib

Multikulturalizm Mərkəzi Lənkəran Dövlət Universitetində monitorinq keçirib
15:53 24 Aprel 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənnin bir sıra yerli və xarici universitetlərdə tədrisi davam edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən semestr ərzində iki dəfə monitorinq aparılır. Artıq bir neçə universitetdə ilk monitorinqlər başa çatıb. Bunlardan biri də Lənkəran Dövlət Universitetidir.
Lənkəran Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənnini universitetin Humanitar və Pedaqoji elmlər fakültəsi Tarix və Fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov tədris edir. Lənkəran Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqinin aparılması üçün BBMM-in əməkdaşı, fəlsəfə doktoru Rəşad İlyasov ezam edilib.
Monitorinq zamanı Rəşad İyasov Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov, elmi işlər üzrə prorektor Ramiz Şəmmədov, Humanitar və pedaqoji elmlər fakültəsinin dekanı, dosent Kamran Kazımovla görüşüb.
Daha sonra universitetdə bu fənn üzrə təhsil alan tələbələrin iştirakı ilə görüş keçirilib. Görüş zamanı tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və onlara BBMM tərəfindən hazırlanan hədiyyələr təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Multikulturalizm_Merkezi_Lenkeran_Dovlet_Universitetinde_monitorinq_kechirib-849435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR