“Intertek” TANAP-ın boru kəmərlərinin keyfiyyətinə, texniki baxışına və sınaqdan keçirilməsinə nəzarət edəcək

“Intertek” TANAP-ın boru kəmərlərinin keyfiyyətinə, texniki baxışına və sınaqdan keçirilməsinə nəzarət edəcək
15:53 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, Nihat Budaqov, AZƏRTAC
“Intertek” şirkəti Trans-Anadolu qaz boru kəmərinin – TANAP inşası müddətində boru kəmərlərinin keyfiyyətinə, texniki baxışına və sınaqdan keçirilmə xidmətlərinə nəzarət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Intertek” şirkəti məlumat yayıb. Bildirilir ki, şirkət TANAP konsorsiumu ilə 2 illik müqavilə imzalayıb.
“Intertek”in regional direktoru İqor Obodan bağlanan müqaviləyə münasibət bildirərək qeyd edib ki, bu işlərin həyata keçirilməsi şirkətin texniki xidmətlərinin imkanlarının gücünü nümayiş etdirir. Boru kəmərinin keyfiyyəti və bütövlüyü onun təhlükəsiz işinin təmin edilməsi, xərclərin və qazla çirklənmə risklərinin minimuma endirilməsi üçün vacib amildir.
Şirkətin Türkiyə və Azərbaycan üzrə direktoru Dilək Yalçın isə “Intertek”in belə əhəmiyyətli və nüfuzlu müqavilənin imzalanması ilə fəxr etdiyini deyib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin sonradan 24 milyard kubmetrə və daha sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. 1850 kilometr uzunluğunda “Cənubi” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəməri qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarları: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Intertek_TANAP_in_boru_kemerlerinin_keyfiyyetine_texniki_baxisina_ve_sinaqdan_kechirilmesine_nezaret_edecek-849438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR