Ərdoğan: Türkiyə 1915-ci il hadisələrində həlak olanların hamısının xatirəsini yad edir

Ərdoğan: Türkiyə 1915-ci il hadisələrində həlak olanların hamısının xatirəsini yad edir
14:58 24 Aprel 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə 1915-ci il hadisələri zamanı həlak olan bütün vətəndaşların xatirəsini yad edir. Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın saytında 1915-ci il hadisələri ilə bağlı yerləşdirilən məlumatda deyilir.

R.T.Ərdoğan bildirib ki, 1915-ci il hadisələrində Osmanlı dövləti ərazisində yaşamış bütün millətlər əziyyət çəkib.

O deyib: "Çanaqqala zəfərinin qeyd edilməsi bir daha göstərir ki, Türkiyədə ümumi gələcək naminə çəkdiyimiz iztirabın unudulması mədəniyyəti mövcuddur".

Qeyd edək ki, Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.

Türkiyədə Çanaqqala savaşını “alicənabların döyüşü” adlandırırlar. Ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, bu qarşıdurma Türkiyə tarixində ən qanlı döyüşlərdən biri olsa da, mübarizə aparan tərəflər hətta müharibə şəraitində insanlıqlarını unutmayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2387676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR