Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də yerli vaxtla saat 11-də Qazaxıstanın Alma-Atı şəhərindəki Saina-Rıskulova yol qovşağında tikilməkdə olan körpü uçub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, son məlumata görə, körpünün uçması nəticəsində onlarla insan xəsarət alıb, 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.
Yerli KİV-lər hadisənin betonqarışdıran maşının körpünün özülünə çırpılması nəticəsində baş verdiyini yazırlar. Hazırda 200-ə qədər insan uçan körpünün qalıqlarını təmizləyir. Dağıntılar altında insanların qaldığı istisna edilmir.