İstanbulda IV Dünya Türk Forumu keçirilir

İstanbulda IV Dünya Türk Forumu keçirilir
14:58 24 Aprel 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 24 aprel, AZƏRTAC
Aprelin 24-də İstanbulda IV Dünya Türk Forumu işə başlayıb.
Forumda türkdilli ölkələrdən və muxtar qurumlardan rəsmi şəxslər, deputatlar, elm və mədəniyyət xadimləri, QHT təmsilçiləri, KİV nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin üzvləri və alimlər daxildir.
Forumun rəsmi açılışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Moldovanın Qaqauz Yerinin sabiq Başqanı Mixail Formuzal, Qazaxıstanın Türk Akademiyasının prezidenti Darhan Kıdırali və başqaları çıxış ediblər. Çıxışlarda türkdilli xalqların birliyinin zamanın hökmü olduğu diqqətə çatdırılıb.
V.Hacıyev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, xüsusilə Xocalı soyqırımından, o cümlədən 100 illiyi qeyd edilən Çanaqqala zəfərinin qazanılmasında göstərilən qəhrəmanlıqdan söhbət açıb.
Forum aprelin 26-dək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_IV_Dunya_Turk_Forumu_kechirilir-849440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR