İnsanları həyata, işığa, nura səsləyən ziyalı

İnsanları həyata, işığa, nura səsləyən ziyalı
14:58 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Aprelin 24-də Qafqaz Media İctimai Birliyinin ofisində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qafqaz Media İctimai Birliyinin sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həkim-koordioloqu Azadə Hüseynova akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan və elmi nailiyyətlərindən söhbət açıb.
Bildirilib ki, Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım insanları işığa, həyata, nura səsləyən ziyalı, yorulmadan minlərlə xəstəni müalicə edən vicdanlı həkim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Tədbirdə institutun həkimləri-nefroloq Fazilə Səlimova, tibb üzrə fəlsəfə doktoru, gigiyenist Natiqə İsmayılova çıxışlarında tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biri kimi ölkəmizdə oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətlərini qeyd ediblər.
Digər çıxış edənlər də bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söhbət açıblar.
Tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətindən bəhs edən “Elegiya” adlı sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Insanlari_heyata_isiga_nura_sesleyen_ziyali-849442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR