Evdən çıxmadan necə gözəlləşmək olar?

Evdən çıxmadan necə gözəlləşmək olar?
15:01 24 Aprel 2015
881 Sosial
Ölkə mətbuatı
A- A+

Əlinizin altında, mətbəxdə istifadə etdiyiniz ədvalarla gözəlləşə bilərsiniz. Bəs necə?
ANS PRESS bu gün sarıkök, hil, mixək və əlbətdə ki, zəncəfildən əldə edə biləcəyiniz tonik, skrab kimi məhsulları təqdim edir. Bu məhsullar həm təbii, həm də kimyəvi birləşmələrdən azaddır.

Zəncəfil
Zəncəfil kökündə C,A,B1 kimi vitaminlər, fosfor, kalsium, dəmir kimi var. Bu məhsul kollagen liflərin yenilənməsinə, qan dövranınıns ürətlənməsinə kömək edir. Dərini səpkilərdən təmizləyir.
Saçlar üçün maska - 1 çayq aşığı zəncəfil şirəsi ilə eyni miqdarda zeytun yağını qarışdırın. Əldə edilən maskanaı saçlarınızda yarım saat saxlayın.

Krem - istədiyiniz kremə bir necə qram zəncəfil yağı tökün. Onun faydasını o dəqiqə hiss edəcəksiniz.

Üç maskası - bananı çəngəllə əzin və iki çay qaşığı zəncəfil tozu, eyni qədər limon suyu əlavə edin. Üzdə 20 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Bu maska ləkələri azaldır, qan dövranını sürətləndiri və dərinin rəngini açır.

Darçın
Çubuq darçın А, В1, В2, С, dəmir, kalsium, kalium, fosforla zəngindir. Darçınla skrab hazırlamaq üçün 2 yemək qaşığı kofeni bir çay qaşığı darçın, 2 çay qaşığı qatıqla qatın. Yüngül hərəkətlərlə üz və bədən dərisinə masaj edərək sürtün.

Darçınlı süd vannası - bir stəkan südə bir qaşıq darşın əlavə edin və qaynadın. Daha sonra əldə edilən qarışığı su vannasına tökün. Bu qan dövranını sürətləndirir, quru dərini nəmləndirir.

Mixək
Bu ədvanın tərkibində efir yağları çoxdur. Antibakterial və antioksidan təsirə malikdir. Həm də soyuqdəymə qovucudur. Sink, kalium, natrium, dəmir, fosfor А, В, С, Е, K vitamini ilə zəngin mixək həm də əsl kosmetik vasitədir.

Problemli dəri üçün losyon - 1 çay qaşığı mixəyin üzərinə qaynar su tökün. 30 dəqiqə buxar vannasında saxlayın. 3 saat saxlayın və losyon kimi istifadə edin. Gündə iki dəfə üzünüzü yuduqdan sonra bu məhlulla silin. Bu losyon məsamələri azaldır.

Sarıkök
Bu ədva efir, fenol birləşmələri iləzəngindir. В3, В2, B6, С, Е, K vitaminli sarıkök soyuqdəymə əleyhinə təsirə malikdir.

Təravətini itirən dəri üçün maska - 1 çay qaşığı sarıkökü 1 çay qaşığı xama və eyni miqdarda bal ilə qatın. Maskanı üz, boyun nayihəsinə çəkin və 20 dəqiqə saxlayın. Bu dərini təmizləyir, qan dövranını sürətləndirir, hüceyrələri yeniləyir, dərinin rəngini açır.

Hil
Ən rahat yol hilin yağından istifadədir. Bu antiseptik təsirə malikdir və dərinin elatikliyini artırır, rəngini tənzimləyir, parladır.

Quru dəri üçün maska - ½ avakadonu blenderdən keçirin, 5 damla hil, badam, zeytun yağı əlavə edin. Bu maska üz, dekolte, boyun nayihəsi üçün faydalıdır. 20 dəqiqədən sonra effektiv təsiri gözlərinizlə görəcəksiniz.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=340173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR