TQDK-nin sədri Qəbələdə bölgə vətəndaşlarını qəbul edib

15:03 24 Aprel 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Qəbələ, 24 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qəbələ rayonunda vətəndaşları qəbul edib. Qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Şəkidən olan sakinlər və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
Görüş zamanı edilən müraciətlərin əksəriyyəti təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri əsasən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul, bir ali təhsil müəssisəsindən digərinə köçürülmə, qabiliyyət tələb edən ixtisaslara qəbul, təhsil haqqı, işə qəbul, qaçqın və məcburi köçkün abituriyentlərə, tələbələrə təhsil sahəsində güzəştlər və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Bildirilib ki, komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılacaq.
Qeyd edək ki, qəbulda qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TQDK_nin_sedri_Qebelede_bolge_vetendaslarini_qebul_edib-849446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR