UEFA Çempionlar Liqasının yarımfinalında “Barselona” “Bavariya”, “Yuventus” isə “Real Madrid” ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasının yarımfinalında “Barselona” “Bavariya”, “Yuventus” isə “Real Madrid” ilə qarşılaşacaq
16:13 24 Aprel 2015
146 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də futbol üzrə Çempionlar Liqası yarışlarının yarımfinal mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmanın nəticəsinə əsasən, “Barselona” komandası “Bavariya” kollektivi ilə qarşılaşacaq. “Yuventus” isə “Real Madrid” ilə üz-üzə gələcək.
Yarımfinal mərhələsinin oyunları mayın 5-6-da və 12-13-də keçiriləcək. Həlledici oyun – final qarşılaşması isə iyunun 6-da Berlindəki Olimpiya stadionunda təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/UEFA_CHempionlar_Liqasinin_yarimfinalinda_Barselona_Bavariya_Yuventus_ise_Real_Madrid_ile_qarsilasacaq-849449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR