Sabunçuda məktəbdə yanğın: şagirdlər təxliyə edilib

Sabunçuda məktəbdə yanğın: şagirdlər təxliyə edilib
15:14 24 Aprel 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı məktəblərin birində yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılmış 3 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

 

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR